Xalq artisti Faiq Ağayev sosial şəbəkələr və KİV-də müzakirə olunan AMEA-nın Dilçilik İnstitutundakı “dovşan” müzakirəsinə reaksiya verib.
OLAY yazır ki, məşhur müğənni bu barədə fesybuk səhifəsində yazıb. F. Ağayev dovşan fotosunu paylaşaraq “Dovşan, dofşan, a doyşan. Qaçma, dayan, a doşan”,- deyə kinayəli şəkildə şərh yazıb.
Sənətçi daha ciddi problemlərin olduğu halda akademik səviyyədə belə bəsit müzakirələrin aparılmasını tənqid edənlər sırasına qoşulub.
Qeyd edək ki, Dilçilik İnstitutunda keçirilən müzakirələr zamanı “dovşan” sözünün “doşan”, “dofşan” kimi yazılması və səslənməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilmişdi.