Olay
Olay

“Getdim çay dəmləməyə, gəldim ki, mahnı yazıb”

“Getdim çay dəmləməyə, gəldim ki, mahnı yazıb”

Ötən gün reper Orxan Zeynallının 6 ildən sonra ilk konserti baş tutub.

OLAY-ın məlumatına görə, sənətçinin 20 saata satılan biletləri üçün sıra konsertdən 3 saat öncə başlayıb.

3000-dən çox insanın iştirak etdiyi tədbirdə Orxan 26 mahnı səsləndirib. Canlı konsert zamanı ona müğənnilər Bahar, İlqar Niftiyev, Nərgiz, Tomris Naibli, Mərdan Kazımov, Röya Miriyeva və başqaları yoldaşlıq edib.

Röya və Rizvan cütlüyü ilə “Bulud” mahnısı səsləndirən sənətçi trekin yaranma tarixindən danışıb. O bildirib ki, mahnını 1 saata yazıb. Röya isə Orxana etiraz edərək “Bizə qonaq gəlmişdi. Mənə dedi ki, çay dəmlə. Getdim çay dəmləməyə, gəldim ki, təzə mahnı yazıb”, - deyə, bildirib.

Anşlaqla keçən konsertə tamaşaçıların mahnıları reperlə birgə səsləndirməsi də damğa vurub.

50-dən çox komanda üzvünün çalışdığı konsertin sonuncu və ikinci günü bu gün Elektra Events Hallda baş tutacaq. Qeyd edək ki, tədbirin bütün biletləri anons çıxandan üç gün sonra tükənib.