“Aid” ləqəbli reper Orxan Zeynallının “40-cı paralel” konsertinin ilk günü baş tutub.
OLAY-ın məlumatına görə, tədbirdə tamaşaçılara sürpriz edilib. Belə ki, uzun müddətdir ABŞ-da yaşayan musiqiçi cütlük Röya Miriyeva və Rizvan Əliyev gecədə səhnəyə çıxıb. Onlar özəl olaraq konsert üçün Bakıya gəliblər.
Qeyd edək ki, anşlaqla keçən gecədə sənətçilər birgə “40-cı paralel”, “Bulud”, “Briz” mahnılarını ifa ediblər.