Bir neçə gün öncə beyninə qan sızması nəticəsində reanimasiyaya yerləşdirilən bəstəkar Pərviz Mahmudovdan xəbər var.
Ailə üzvlərindən OLAY-a verilən məlumata görə, hazırda onun vəziyyəti yaxşılaşmağa doğru gedir. Bəstəkar ilk kritik 48 saatı geridə qoyub.
P. Mahmudovun nitqi də bərpa olub. Onun yanına heç kim buraxılmasa da, artıq həkim nəzarətində telefon əlaqə saxlaya bilirlər.
Qeyd edək ki, hadisə 5 gün öncə baş verib. Sənətçinin qəfil vəziyyəti pisləşib, o xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, 38 yaşlı Pərviz Mahmudov Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova və başqa sənətçilərin ifasında onlarla hit mahnının müəllifidir. Evli olan sənətçinin iki övladı var.