Olay
Olay

Afaq Zaurla Xoşqədəmə rəqib olacaq

Afaq Zaurla Xoşqədəmə rəqib olacaq

Afaq Gəncəli aparıcısı olduğu “Şourum” proqramı ilə Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevaya rəqib olacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, müzakirə formatına keçən veriliş hər bazar saat 10:00-da yayımlanacaq. Layihə üçün hazırlanan yeni studiya bir neçə dəfə dəyişdirilsə də, hələ ki komandanın ürəyincə olmayıb.

Qeyd edək ki, “Şourum”un yayımlanacağı saatda ATV-də “Zaurla Günaydın”, ARB TV-də isə “Günaydın, Azərbaycan!” proqramı efirə gedir.

Onu da bildirək ki, “Deyirlər ki...” rubrikasının aparıcısı Ruslan Ağayev də verilişi Afaq Gəncəli ilə birlikdə idarə edəcək.