Olay
Olay

Elizabetin 50 ildir imtina etmədiyi 7 gözəllik qaydası

Elizabetin 50 ildir imtina etmədiyi 7 gözəllik qaydası

Kraliça Eizabetin qatıldığı dəvət və tədbirlərdə makiyajını çox vaxt özünün etdiyini desək, reaksiyanız necə olardı?

Bəziləri üçün təəccüblü gəlsə də, kral ailəsinin sərt gözəllik qaydaları olduğu məlumdur. Elə isə gəlin Kraliça Elizabetin 50 ildir imtina etmədiyi gözəllik rejiminə nəzər salaq.

OLAY Elizabetin 7 əsas baxım qaydasını təqdim edir:

Duş rejimi

İş qrafiki nə qədər sıx olsa da, Elizabet gərginliyini aradan qaldırmaq üçün həmişə lüks bir vannada duş qəbul etməyə vaxt ayırırdı. Portağal və berqamot ətirli duş gellərinə üstünlük verən kraliça qalıcı ətirlər, saç məhsulları və duş zamanı yanan şamlara xüsusi diqqət edirdi.

Əl baxımı

Hakimiyyəti dövründə əl verib görüşmək kraliçada adət halını almışdı. O, gününü insanları salamlamaqla keçirdiyi üçün əlləri nəmli və yumşaq qalmalı idi. Səhər yuxudan duranda və gecə yatmazdan öncə fərqli əl kremlərindən istifadə edən Elizabetin sevdiyi məhsulların sarayda heç vaxt bitmədiyi paylaşılan məlumatlar arasındadır.

Manikür

Yumşaq əllərə sahib olmaqla yanaşı, kraliça minimal manikürə də diqqət edirdi. Xüsusilə, açıq-qəhvəyi tonlara üstünlük verən Elizabet illərlə bu seçimindən kənara çıxmayıb.

Qırmızı dodaqlar

Elizabetin nazik qırmızı dodaqları bu siyahıda mütləq olmalıdır. Kütləvi tədbirlərdə tez-tez qırmızı dodaq boyasına üstünlük verən kraliça illərlə bu nəcib görüntüsünü qoruyub saxlamağı bacarıb.

Minimal makiyaj

O, makiyaj seçimində sadəliyi ilə diqqət çəkib. Saraydan çıxmazdan əvvəl dodaqlarını yüngülcə rəngləndirən Elizabet görünüşünü üzünə sürtdüyü ənliklə tamamlayırmış.

Nəmləndirici

Mütəxəssislərin fikrincə, hər insanın öz gözəllik qaydası var. Bu, əlbəttə ki, İngiltərə kraliçası üçün də keçərlidir. Elizabetin digər bir gözəllik rejimi isə hər səhər və axşam dərisini nəmləndirməsi olub.

Ətir

Kral ailəsinin qadınları ətirlərə bağlılıqları ilə xüsusi seçilir. Məsələn, Şahzadə Diana yasəmən və zanbaq qoxulu ətirləri sevərkən, Şahzadə Keyt vanil iyinə üstünlük verir. Kraliça Elizabetə gəldikdə isə qızılgül notlarının üstünlük təşkil etdiyi qoxular onun üçün hər zaman öndə olub.