Türk müğənni Zeynep Bastık yeni mahnısı ilə rekord qırmağa davam edir.

OLAY yazır ki, o, “Lan” adlı ifası ilə “Spotify Global”da ilk 50-yə daxil olan türkcə mahnı olub. 

Bundan əlavə Zeynep “Spotify Türkiyə”də ən çox dinlənilən qadın sənətçi ünvanına yüksəlib. Mahnı gündəlik 2, 5 milyondan çox yükləmə ilə daha bir Türkiyə rekorduna imza atıb.

Həmçinin, dünyada ən çox “Shazam”lanan ifa olub.