Xəstəxanada yaralı halda oxuduğu mahnı ilə tanınan müğənni Məbud Əhmədovun ifası trendə düşüb.

OLAY yazır ki, müğənni Nazənin Salayevanın “Sənli günlərim” adlı mahnısını oxuyan Əhmədov yutub sıralamasında 19-cu yerdə qərarlaşıb. 

Xatırladaq ki, sözügedən mahnının musiqisi Hacı Nazim Məmmədova, sözləri Vüqar Biləcəriyə məxsusdur.

Onu da bildirək ki, Məbud həm “Səs Azərbaycan” müsabiqəsində iştirak etmişdi.