İtaliyanın Turin şəhərinin meri Stefano Lo Russo Rusiyanın Avroviziyadan çıxarılması haqda açıqlama verib.

OLAY yazır ki, o, sözügedən ölkənin yarışmadan kənarlaşdırılmasının düzgün olduğunu hesab edib:

“Avroviziyanın məqsədi Avropaya qardaşlıq və ümid mesajı verməkdir. Reaksiyasız qala bilmərik, nəsə etməliyik. Ukraynada baş verənlər dözülməzdir”.

Qeyd edək ki, Avroviziya-2022 bu il Turində baş tutacaq.

Turin meri Rusiyanın Avroviziyadan çıxarılmasından danışdı Turin meri Rusiyanın Avroviziyadan çıxarılmasından danışdı