Rusiyada musiqiçiləri daşıyan An-2 təyyarəsi Yakutiyada meşəyə sərt eniş edib. Təyyarə düz ağacların üstünə düşüb.

OLAY yazır ki, məlumatı “Baza” Teleqram kanalı yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü və “Monaco Jam” qrupunun 8 üzvü olub. An-2 mühərrikində nasazlıq səbəbindən Ust-Mayski bölgəsində sərt eniş edib. Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Musiqiçilər qızıl mədənçiləri üçün korporativ tədbirdən qayıdırmış.

Qeyd edək ki, qrup həm də “Səs” yarışmasının iştirakçısıdır.

“Səs”in iştirakçıları təyyarə qəzasına düşdü “Səs”in iştirakçıları təyyarə qəzasına düşdü