Müğənnilər Sahib İbrahimov və Bəturə Hüseynovanın “Sənin xətrinə” mahnısı 14 il sonra trend olub.

OLAY yazır ki, TikTok-da viral olan mahnı 2009-cu ildə təqdim edilib. Mahnının sözləri mərhum şair Nüsrət Kəsəmənliyə, musiqisi Vahid Hocaya məxsusdur.

Qeyd edək ki, B.Hüseynova hazırda Türkiyədə yaşayır. S.İbrahimov isə Azərbaycandakı fəalliyətini davam etdirir.