Müğənni Sadiq Məmmədov dinləyicilərini yeni musiqi layihəsi ilə sevindirib.
OLAY yazır ki, ifaçı bu dəfə “Kimə Nə” adlı mahnısına çəkdirdiyi klipi təqdim edərək izləyicilərinin ixtiyarına verib.
Sənətçinin sözlərinə görə, “Kimə Nə” bu yay mövsümünün ən çox sevilən və dinlənilən mahnılarından birinə çevriləcək. Mahnının sözləri meyxanaçı Baləliyə, musiqisi isə Fərid Kərimliyə məxsusdur.
Mahnıya ekran həyatı verən klipin rejissoru Roman Yaşardır. Müasir üslubda və rəngarəng görüntülərlə ərsəyə gətirilən ekran işi bu gündən etibarən Sadiq Məmmədovun rəsmi YouTube kanalında yayımlanıb.
İfaçı yeni işinin qısa zamanda geniş auditoriyanın rəğbətini qazanacağına və yay mövsümünün hitlərindən birinə çevriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, “Kimə Nə” mahnısının rəsmi klipi artıq Sadiq Məmmədovun YouTube kanalında izləyicilərin ixtiyarındadır.