Dünyaca məşhur müğənni və aktrisa Sabrina Karpenter yeni layihəsini təqdim edib.
OLAY yazır ki, “Man’s Best Friend” albomunun” bonus treki hesab olunan “Such a Funny Way” adlı mahnı rəqəmsal platformalara yerləşdirib. Bu barədə ulduz şəxsi instaqram səhifəsində paylaşım edib.
Xatırladaq ki, bu albomun kover görüntüsü yayımlandığı ilk gündən müzakirələrə səbəb olub. Vizualda Sabrinanın retro, seksual və ironik tərzdə poza verməsi bir çoxu tərəfindən qadın obrazını aşağılanması kimi təqdim edilib.