Xalq artisti Röya Ayxan yeni təqdim etdiyi layihələrin uğuru davam edir. 

OLAY yazır ki, pop ulduzun bir müddət əvvəl təqdim etdiyi  “Zülmətəm” mahnısı “Apple Music” platformasında birinciliyini qoruyub saxlayıb.Klipə yutubda 6 milyondan çox baxılıb. 

Xalq artistinin 5 gün əvvəl premyerasını etdiyi “Sənə nə” bəstəsi isə “Apple Music”də 3-cü sırada öz yerini tutub və yutubda 300 mindən çox baxış toplayıb. Yutub trendində isə sözügedən mahnı 6-cı pillədədir.

Həmçinin, “Sənə nə” tiktok trendlərində, instaqram reelslərində də aktiv istifadə edilir.

Röya Ayxanın hitləri “Apple Music”də ilk üçdə!