Xalq artisti Röya Ayxan musiqi platformalarını zəbt edib. 

OLAY yazır ki, pop ulduzun təqdim etdiyi “Zülmətəm” adlı sinqlı həftələrdir ki, “Apple Music Azərbaycan Top 100”də 1-ci pillədədir. 

Mahnı “Shazam Azərbaycan Top 100” və “YouTube Music Azərbaycan Top 20”də 4-cü pillədə qərarlaşıb.

Türkiyədə Orçun Mutlu tərəfindən ekranlaşdırılan mahnının klipi isə “YouTube” video izlənmə platformasında 3 milyondan çox baxılıb. 

“Zülmətəm” hazırda TikTok-da ən çox video çəkilən mahnılar arasındadır.

Röya Ayxan musiqi platformalarında liderdir