Müğənni Nərmin Kərimbəyovadan yeni xəbər var.

OLAY yazır ki, sənətçi yeni il ərəfəsində təzə layihəsini təqdim edib. İfaçı sevənlərini uşaqlıq illərinə apararaq, onlara kiçik sürpriz edib.

Belə ki o, dilimizdə əzbər olan, sevdiyimiz məşhur "Yeni il gəldi" nəğməsinə fərqli nəfəs verib. Layihə müğənninin rəsmi "youtube" kanalında "online"dır. Kərimbəyovanın duet ortağı bəstəkar - müğənni Səfər Zamandır.

Qeyd edək ki, sevilən mahnının sözləri Hikmət Ziya, musiqisi isə Musa Mirzəyevə aiddir. Yeni üslubda hazırlanması isə Rasim Əsgərov və Dahinə həvalə olunub.