Türkiyəli məşhur müğənni Emel Sayın əməliyyat olunub.

OLAY yazır ki, buna səbəb 77 yaşlı sənətçinin yeriməkdə çətinlik çəkməsidir. 

Bu, bel yırtığından əziyyət çəkən Emel Sayınını sayca 3-cü əməliyyatıdır. Sənətçinin səhhətinin yaxşı olduğu, lakin hələ xəstəxanadan çıxmadığı bildirilib.