Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib.

OLAY yazır ki, sevilən müğənni bu dəfə "Dünya sənlə gözəldir" söyləyib. Mahnının musiqisi müğənni Elçin Cəfərova, sözləri isə Rafael Şabanova məxsusdur. Nəğməni Elvin İmanov aranjıman edib.

Gitarada İntizar Məmmədzadə, saksafonda isə Lütfiyar Əliyev ifa edib.

Ritmik mahnıya müğənni xüsusi çarx da çəkib. Əməkdar artist görüntülərdə rəqsi ilə də göz oxşayıb.

Sənətçinin yeni layihəsi şəxsi "YouTube" kanalında, həmçinin də bütün musiqi platformalarında yayımlanıb.