Madonna “Bizarre” adlı yeni mahnısında keçmiş həyat yoldaşı Şon Pennə müraciət edib.

OLAY yazır ki, mahnıda ifaçı onların qalmaqallı evliliyini xatırlayır və bunu ironik tərzdə ifadə edir: “Bilirəm ki, səni tərk etmişəm və sən məndən nifrət edirsən. Məni bir daha heç vaxt əldə edə bilməyəcəyinin min səbəbi var. Səninlə birlikdə olmaq fikri mənə tamamilə yolverilməz görünür.”

Mahnıda həmçinin “mavi gözlü aktyor”a və “Shelby Cobra” avtomobilinə də işarə edilir. İddialara görə, Madonna həmin avtomobili Şon Pennə toy günü hədiyyə edib.

Qeyd edək ki, cütlük 1985–1989-cu illərdə evli olub və onların nikahı Hollivudun ən qalmaqallı münasibətlərindən biri hesab edilib.

Mahnısında keçmiş ərinə söz atdı