Rusiyalı reper Morgenştern söyüşsüz mahnılar buraxması barədə fikirlərini bölüşüb.

OLAY yazır ki, sənətçinin fikrincə, belə mahnılar hazırda xüsusilə aktualdır. Musiqiçi bu barədə İsraildə keçirilən dini tədbir zamanı danışıb.

Morgenştern bu seçiminə görə auditoriyasının bir hissəsini itirə biləcəyi məsələsinə sakit yanaşır. O vurğulayıb ki, yaradıcılığında yalnız söyüşlərə görə maraqlanan pərəstişkarları onu dəstəkləməyi dayandırsalar, buna görə narahat olmayacaq.