Rus müğənni Dima Bilan Kanye Uesti 2018-ci ildə istifadə etdiyi səhnə dekorasiyalarını plagiat etməkdə şübhəli bilib.
OLAY yazır ki, müğənni bildirib ki, replikasını öz gözləri ilə görmək üçün reperin Sankt-Peterburqdakı konsertinə getməyi planlaşdırır.
“2018-ci ildə məndə olan Bilan planetini necə təkrarladığını görmək mənə maraqlıdır. Mən onsuz da əminəm ki, bu məlumat yayılır, xüsusilə də sürətli məlumatlandırma dövründə” deyə Bilan bildirib.