Müğənni İlqarə Kazımova yaradıcılığında yeniliyə imza atıb.

OLAY yazır ki, müğənni “6-cı hiss” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Dinamik və ritmik üslubda təqdim olunan mahnı enerjili ahəngi ilə seçilir. "6-cı hiss"in söz və musiqisi Nicat Məlikova məxsusdur.

Yeni mahnı artıq bütün musiqi platformalarında yayımlanıb.