Gülşenin təqsirləndirildiyi məhkəmədə rəy verilib.

OLAY yazır ki, prokurorluq müğənninin “Xalqı kin və düşmənliyə təhrik və aşağılama” maddəsilə 1 ildən 3 ilədək həbs edilməsini tələb edib.

Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.

Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub. Daha sonra ev dustaqlığı şərti ilə azadlığa buraxılıb. Bir müddət sonra onun ev dustlaqlığı qərarı da ləğv edilib.

Gülşenin məhkəməsində prokurorluq rəyi - 3 il həbs Gülşenin məhkəməsində prokurorluq rəyi - 3 il həbs