Evində infarkt keçirərək xəstəxanaya yerləşdirilən və müalicəsi davam edən Fatih Ürekin sağlamlıq durumu ilə bağlı meneceri Mert Siliv açıqlama verib.
OLAY yazır ki, M. Siliv açıqlamasında F. Ürekin komaya düşmədiyini bildirib:
“Fatih Ürekin sağlamlıq prosesi ilə bağlı mətbuatda yer alan bəzi xəbərlər həqiqəti əks etdirmir. Mövcud vəziyyətdə sağlamlıq durumunda hər hansı bir dəyişiklik yoxdur. Reanimasiya şöbəsində nəzarət və müalicə prosesi planlaşdırıldığı kimi davam edir. Rəsmi və doğru məlumatlar, proses irəlilədikcə paylaşılacaq. Göstərilən maraq və xoş arzular üçün təşəkkür edirik”.