Türkiyənin məşhur müğənnisi Fatih Ürek uzun fasilədən sonra Azərbaycana gəlir.  

OLAY yazır ki, sənətçi paytaxt restoranlarından birində iki gün səhnəyə çıxacaq. 

Onun çıxışının 12-13 noyabrda baş tutacağı planlaşdırılır. 

F. Ürek də yarım milyonluq instaqram hesabında konsertinin afişasını paylaşaraq Azərbaycana gələcəyini elan edib. 

Qeyd edək ki, populyar sənətçi sonuncu dəfə 2018-ci ildə Bakıda konsert verib. 

Fatih Ürek Bakıya gəlir Fatih Ürek Bakıya gəlir