Bu gün doğum günü olan müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib. 

OLAY yazır ki, sənətçi musiqisi Kazım Can, sözləri OMG-yə məxsus “Səndən sonra” adlı mahnıya ekran həyatı verib. 

İbrahimli sözügedən klipin rejissorluğunu Delle Oruca həvalə edilib. 

Ekran işi Günayın rəsmi “YouTube“ kanalında, mahnı isə bütün rəqəmsal musiqi platformalarında artıq yayımdadır.