Doca Kət Timoti Şalamenin balet və opera haqqında dediklərini tənqid edib.

OLAY yazır ki, reper TikTok-da aktyorun balet və opera barədə mübahisəli şərhlərinə cavab verib:

“Yeri gəlmişkən, operanın 400, baletin isə 500 illik tarixi var. Timoti Şalame adlı biri kameranın qarşısında heç kimin bunlarla maraqlanmadığını deməyə necə cəsarət edib”.

“Qremmi” mükafatı laureatı sözlərinə davam edərək balet və operanı əhatə edən etiket və hörmətin vacibliyini vurğulayıb.

Timoti Şalamet “Oskar”a namizəd olan aktyor kimi Metyu Makkonagi ilə söhbəti zamanı mübahisəli bir fikir səsləndirib. Onlar kinematoqrafiyanın qorunması məsələlərini müzakirə edirdilər. Şalame belə deyib:

“Baletdə, operada və ya belə səslənən layihələrdə işləmək istəmirəm: ‘Gəlin bunu qoruyaq, hətta sanki artıq heç kimin buna marağı qalmayıb”.