İslandiyanın milli televiziya kanalı RUV 2026-cı ildə Vyanada keçirilməsi planlaşdırılan “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

OLAY yazır ki, bu qərar kanal rəhbərliyinin iclasından sonra verilib. Bununla da İslandiya, İsrailin müsabiqədə iştirakına etiraz olaraq yarışdan çəkilən İspaniya, Niderland, Sloveniya və İrlandiyadan sonra iştirakdan imtina edən beşinci ölkə olub.

Qeyd edək ki, Avropa Yayım İttifaqı (EBU) bəzi üzvlərin və ictimaiyyətin narazılığına baxmayaraq, İsrailin müsabiqədə iştirakına icazə vermişdi.

“Avroviziya 2026”nın tam iştirakçı siyahısının Milad bayramınadək – 25 dekabr tarixinə qədər açıqlanması gözlənilir.