Rusiyalı müğənni Qriqori Leps Dağıstan sakinlərinə maliyyə yardımı göstərərək xeyriyyə fonduna 5 milyon rubl köçürüb.

OLAY yazır ki, musiqiçi yalnız maddi dəstəklə kifayətlənməyəcək: regiondakı vəziyyət sabitləşən kimi xeyriyyə konserti keçirməyi planlaşdırır.

Lepsin sözlərinə görə, baş verən hadisə təkcə respublika üçün deyil, bütün ölkə üçün “böyük bədbəxtlik və faciə” olub. Sənətçi hesab edir ki, çətin anlarda insanlara kömək etmək onun vətəndaşlıq borcudur.