Müğənni Çinarə Məlikzadə yenidən konsert verməyə hazırlaşır.

OLAY yazır ki, sənətçi fevral və mart aylarında iki böyük şəhərdə – Gəncə və Sumqayıtda səhnəyə çıxacaq. O, 14 fevralda Gəncə Dövlət Filarmoniyasında, 14 martda isə Sumqayıt Kimyaçılar Sarayında konsert verəcək.