Castin Timberleyk sərxoş halda avtomobil sürərkən həbs olunması videosunun yayımlanmasının bloklanmasını tələb edir.

OLAY yazır ki, pop ulduzun vəkilləri bildirir ki, polis kameraları tərəfindən çəkilmiş video Timberleykin həyatının və emosional vəziyyətinin müxtəlif aspektlərinə toxunur.

Castin Timberleyk tərəfi iddia edir ki, həmin video sənətçiyə zərər verir və onun şəxsi həyatına müdaxilədir. Hadisə 2024-cü ildə baş verib: Timberleyk sərxoş halda hərəkəti qadağan edən işarəni görməzdən gəlib və sonra yol xəttini də nəzərə almayıb. Həmçinin, dayandırılan müğənnidən güclü spirt qoxusu gəlirmiş.

Bununla belə, Suffolk dairəsi Ali Məhkəməsində, Castin Timberleykin iddiası ilə bağlı bir neçə gün əvvəl keçirilmiş iclasın nəticəsində heç bir rəsmi qərar qəbul edilməyib.