Türk pop musiqisinin ulduzlarından olan Murat Dalkılıç uzun müddət davam edən səhnə fasiləsindən sonra yenidən pərəstişkarları ilə görüşüb.
OLAY yazır ki, günlər öncədən biletləri tükənən konsertdə Dalkılıç yaddaşlara həkk olunan hit mahnılarını ard-arda ifa edib. Bununla yanaşı, o, səhnə enerjisi ilə də diqqət çəkib.
Qeyd edək ki, Dalkılıç uzun müddətdir səhhəti ilə bağlı problem yaşayır. O, dəfələrlə burun əməliyyatı etdirib və sonuncudan razı qaldığını bildirib.