Britaniyalı aktrisa Selin Dion pərəstişkarlarını yenidən canlı çıxışları ilə sevindirmək üçün ciddi fiziki hazırlıq keçir.

OLAY yazır ki, onun məşq proqramına həftədə üç dəfə bir saat yarımlıq pilates məşqləri, eləcə də balet məşqləri daxildir. Sentyabrın 12-dən 2026-cı il mayın 29-dək Selen 40 min tamaşaçı tutumu olan “La Défense Arena”da çıxış edəcək. Bu konsertlər onun 2022-ci ildən bəri ilk səhnə çıxışları olacaq.

Xatırladaq ki, müğənni 2022-ci ildə nadir rast gəlinən autoimmun nevroloji xəstəlik səbəbilə səhnədən uzaqlaşmalı olub. Xəstəliyin ağırlaşdığı dövrlərdə o, şiddətli ağrılar yaşayıb və hərəkət qabiliyyəti ciddi şəkildə məhdudlaşıb.