Türk aktyor və yutuber Ali Biçim, tanınmış prodüser Tolqa Akış Bakının qonağı olub.
Onlar paytaxtımıza yeni layihələrlə bağlı gəlib. Hər iki məşhur OLAY-a müsahibə verib.
Ən son “Exxen” platformasındakı işi ilə gündəmə gələn Ali Biçim Bakı və burada baş tutacaq layihələrdən danışıb:
“Bakını çox sevdim. Türkiyədən dostum Tolqa Akışla “iticket”in iş birliyi olacaq. Biz də həm səyahət edək, həm də Bakını görək dedik. Mən çox xoşbəxt oldum, çünki burada bizi izləyən bir kütlə var imiş. Düzdür, bunu internetin hər sahəsində görürdük. Ətli-qanlı görəndə daha çox sevindik. İl bitmədən Bakıdakı sevənlərimizlə təkrar görüşəcəyik, manatlarını alacağıq. İnanılmaz bir şəhərdir. İnsanlar əylənməyi çox sevir. Dostumla birlikdə Bakının küçə ləzzətləri adlı video çəkmək istəyirdik. Mesut Can Tomay da azərbaycanlı olduğu üçün burada layihələr gerçəkləşdirəcəyik”.
Zeynep Bastıkın meneceri və keçmiş həyat yoldaşı Tolqa Akış da Bakını çox bəyəndiyini söyləyib:
“Buradan salam göndərirəm. Çox şirin ölkəniz və şəhəriniz var. İlk dəfədir ki, Bakıya gəlirəm. Düşündüyümdən çox daha gözəldir. İnanılmazdır. Ancaq bir-birimizə Bakını tərifləyirik. Çox əyləndik”.
Tolqa buradakı layihələrindən də söz açıb:
“Bizim “Hypers” şirkəti həm sənətçiləri, həm də buranın sənətçiləri ilə birgə xeyli işlər görmək istəyirik. Azərbaycanlı sənətçiləri dinləyirik, tanıdığım xeyli sənətçi var, amma elə təsadüf etdi ki, instaqramda Hissi izləyirəm. Baxıram görüm nə edir, nə edəcək? Türkiyədə də layihələr etdiyini görürəm. Bəlkə bir gün şirkət olaraq ona körpü ola bilərik. Ümumilikdə isə çox sənətçinin Türkiyədə aktiv olmasını istəyirik”.
Akış son zamanlar Zeynep Bastıkla boşanmaları barədə çıxan xəbərlərinin işinə təsir etmədiyini də vurğulayıb:
“İşimiz məşhurlarla bağlıdır, göz önündədir. Haqqımda nələrinsə yazılıb-pozulması normaldır. Zamanla hamımızın xəbəri dəyəri yarandı. Ona görə də iş olaraq məni motivasiyadan salmır. Bu, çox normaldır və həyat tərzimizdir. Çünki ətrafımızda demək olar hər kəsin media dəyəri var. Jurnalist dostlarımız da bunu işıqlandırır”.