Müsahibə
Müsahibə

Dilarə Əliyevanın ikinci nəvəsi dünyaya gələcək!

Dilarə Əliyevanın ikinci nəvəsi dünyaya gələcək!

Əməkdar artist Dilarə Əliyeva ilə “SOY” prodakşının mərhum rəhbəri Oqtay Əliyevin ikinci nəvəsi dünyaya gələcək.

Bu barədə OLAY-a Xətaidə baş tutan “Əkinçi” qəzetinin 150 illik yubileyinə həsr olunan tədbirdə aktrisa özü məlumat verib.

Sənətçi bildirib ki, qızı Aytənin ikinci övladı doğulacaq:

“Yay tətilini hələ tam hiss edə bilməmişəm. Çünki tətilə çıxmamışıq, hələ verilişimiz davam edir. Avqustun 3-də sezona çıxırıq. Tətilə çıxanda da tətilə çıxa bilməyəcəyəm. Çünki ikinci dəfə nənə olmağa hazırlaşıram. İkinci nəvəmi gözləyirəm, onunla məşğul olacam. Çox gözəl yaydır, tətil etməsək də olar, bunun özü gözəllikdir. İkinci nəvəm də qızdır. Qız gəlir”.

D. Əliyeva həmçinin yeni sezonda ARB-də planlaşdırdığı layihələrdən söz açıb:

“Yeni layihələrimiz olacaq. Növvəti mövsümdən, sırf mədəniyyət xəbərlərinə xidmət edən veriliş hazırlayaq. Aparıcısı da çox sevdiyiniz insan olacaq. Çünki bizim sənət insanları çox gözəl tədbirlər keçirirlər. Onları televiziyada və mətbuatda mütləq şəkildə işıqlandırmaq lazımdır. İnsanlarım keyfiyyətlo xəbərlərə ehtiyacı var. Nə qədər mədəniyyət adamları var, gözəl işlər görürlər, amma işıqlandırmırıq. Elə ki, başının üstündən qara buludlar keçir, şəxsi müstəvidə nəsə olanda bütün saytlar işıqlandırır.  Bunun əleyhinəyəm. Hesab edirəm ki, insanlara gördükləri işə vaxtında dəyər verməyi bacarmaq lazımdır”.

Aktrisa həmçinin instaqram səhifəsindən danışıb:

“İnstaqrama gec gəldim, güc gəldim. Hələ özümü hazır hiss etmirdim, amma bu, baş verdi.  Çox xoş anlar yaşayıram. İnsanlar sevgilərini bildirir. Səhərim sevgi ilə açılır, axşamım sevgi ilə bağlanır. Xoş sözlər deyirlər. Mən də instaqramda da faydalı olmağa çalışıram. Çox sağ olsun mənə bu yolu öyrədənlər”.