“Yasak elma”, “Mucize doktor”, “Mahkum” serialları ilə hər kəsin qəlbinə yol tapan türkiyəli məşhur aktyor Onur Tuna OLAY’a müsahibə verib.
Aktyor söhbət zamanı kişi ilə qadın arasındakı münasibətlərdə ən vacib məqamlardan söz açıb.
“Qarşılıqlı sevgi, birlikdə vaxt keçirmək çox vacibdir. Yaxşı və pis vaxtlar olacaq. Birlikdə bir bütün olmaq əsasdır” – deyə Onur Tuna bildirib.
O, evlilik mövzusuna da toxunub: “Təbii ki, evlənəcəyəm. Evliliyə bir ömür birlikdə olacağıq və bir-birimizə böyük sözlər vermək kimi yanaşmıram. İnsanların ömür boyu bir yerdə ola bilmələri gözəldir. Evlilik məsələsinə pis yanaşmıram”.
O.Tuna Azərbaycana səfərindən də söz açıb: “Qonaqpərvər qarşılanma oldu. Azərbaycanın qardaş ölkə olduğunu hər kəs bilir. Bunun əksini hiss etdirmədilər. Buna görə də hər kəsə təşəkkür edirəm”.
Müsahibənin tam versiyasını təqdim edirik: