Müsahibə
Müsahibə

“Bəlkə, bir Azərbaycan dueti də gələr...”

“Bəlkə, bir Azərbaycan dueti də gələr...”

“Bomba kimiyəm. Həyəcanlıyam. Öncəki konsertim də möhtəşəm keçmişdi. Bakıda konsert verməyi çox sevirik. Ayyarım istirahət etdim, artıq işləmək vaxtıdır. Sağlamlığıma qovuşdum, enerjim də yerindədir”.

Bu sözləri OLAY-a açıqlamasında məşhur türk ifaçı Zeynep Bastık deyib.

Bakı Konqres Mərkəzində səhnəyə çıxan sənətçi “Uğur sizin üçün nədir” sualına belə cavab verib:

“Məncə uğur qəlbinin atdığı işi layiqincə gerçəkləşdirməkdir. Bununla bağlı yol qət etmək hər kəsə nəsib olan bir şey deyil. Bunları həyata keçiririk bilirik və bunun vasitəsilə insanlara toxuna bilirik. Hekayəmizi insanlara danışa bilmək çox qiymətlidir. Uğur hər kəs üçün fərqlidir. Mənim üçün dediklərimdən ibarətdir”.

Bastık yeni planlarından və azərbaycanlı sənətçilərlə bağlı danışıb:

“Bu il lirik mahnılar da təqdim edəcəyəm. Duetlərimiz də olacaq. Bəlkə, bir Azərbaycan dueti də gələr, kim bilir... Nigar Muharrem çox yaxşıdır, onu bəyənirəm. Uşaqlığımdan bəri Şebnem Ferahın fanatıydım. O, həmişə Polad Bülbüloğluyla “Gəl, ey səhər!” mahnısını oxuyurdu. Onu çox sevirdim”.

Zeynep sonda media nümayəndələrinə dəstəyi üçün təşəkkür edib:

“Hamınızı çox sevirəm. Dəstəyiniz üçün çox sağ olun. Bu gecə də yanımda olan hər kəsə çox təşəkkür edirəm. Çox qonaqpərvər, kübar və şirinsiniz”.

Fotolar/Video: Hüseyn Həsənov

Müxbir: Samirə Ərəblinskaya