Tanınmış telejurnalist Rövşanə Ağasəfqızının açıqlaması müzakirə yaradıb.
OLAY yazır ki, aparıcı instaqramda yayımladığı videoda gənc qızların geyimindən gileylənib.
Ağasəfqızı xanımların son zamanlar kişi kimi geyindiyini bildirib. Onun fikirləri isə sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
“Axır vaxtlar qız uşaqlarının geyimi xoşuma gəlmir, elə bil “tökülürlər”. Biz görmüşük ki, qadınsayağı geyinərlər, bəzənərsən, düzənərsən. Elə bil kişi kimi… Kişilər heç elə geyinmir. Papaq başda, cins şalvar… Yəqin anaları bacarmır. Ürəyim partlayır, baxıram deyirəm, bu nə qız uşağıdır? Analar öz dünyalarındadır. Dəhşətdir, bu uşaqların axırı nə olacaq bilmirik…”, - deyə, Rövşanə qeyd edib.