Türkiyənin məşhur qrupu “Mor ve ötesi” ötən gün Azərbaycanda konsert verib.
OLAY yazır ki, onlar Bakı Konqres Mərkəzində çıxış ediblər. Qrup ən populyar mahnılarını səsləndirib.
“Mor ve ötesi”nin solisti Harun Tekin səhnədə Xalq artisti Əzizə Mustafazadəyə olan heyranlıqlarından söz açıb:
“Əzizə Mustafazadəni burada dinləmək istərdik, uzun müddətdir ona heyranıq. Ona görə onu burada anaq. Bəlkə hazırlaşsaq, mahnısını da səsləndirə bilərdik”.