Video
Video

Samirə Tiks üçün parti təşkil etdi

Samirə Tiks üçün parti təşkil etdi

Müğənni Samirə Əfəndi ölkəmizə gələn Norveçin “Avroviziya” təmsilçisi Tiks (Andreas Haukeland) üçün özəl parti təşkil edib.

OLAY yazır ki, sənətçi gecəyə media nümayəndələrini də dəvət edib. Jurnalistlərin suallarını cavablandıran ifaçılar dost olduğunu açıqlayıb.

Daha sonra onlar qonaqlarla birlikdə əyləniblər. Tikslə Samirənin Azərbaycan mahnısı oynaması isə gecəyə rəng qatıb.

Tədbirdə stilist Anar Ağakişiyev, müğənni Nadir Rüstəmli də iştirak edib.