Xalq artisti Firəngiz Mütəllimova Anım Günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, aktrisa şəhidlərimizin xatirəsini Şuşada çəkilən videoçarxla yad edib.
Görüntülərdə sənətçinin Xalq şairi Nəriman Həsənzadənin “Qarabağım ilhamdı” şerini səsləndirdiyi anlar yer alıb.
Mütəllimova paylaşımına “Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə, qeyd edib.
Xatırladaq ki, Xalq artisti əslən şuşalıdır.