Demet Akalının klub işçisinin başına şampan tökməsi türk şou-biznesində hələ də müzakirə olunur. Bir çox sənət dostu Akalının bu addımını sərt tənqid edib.
OLAY yazır ki, Reynmen adı ilə məşhurlaşan bloger və müğənni Yusuf Aktaş da pop ulduza irad bildirib.
O, tvitterdə həmin görüntüləri paylaşaraq “Bu necə də ayıbdır. Bunu etmə haqqını özündə necə görüb ki?” statusunu yazıb.
Qeyd edək ki, Demet səhnə aldığı klubda şampanı bəyənməyərək işçinin başına töküb. Bu anlar OLAY-ın kameralarına tuş gəlib.