Video
Video

“Mənim təzminatımı ödəsin!”

“Mənim təzminatımı ödəsin!”

Məşhur vizajist Nigar İbrahimova salonuna hücum edən, LGBT nümayəndəsi Kənan Tağıyevin azadlığa buraxılmasına münasibət bildirib.

Bu barədə o, OLAY-a danışıb. İbrahimova deyib ki, məsələ ilə bağlı yenidən hüquqi addım atacaq:

“O hansı qayda ilə çıxıb? Şokdayam. Mənim zərərlərimi ödəməyib, 3-4 nəfərin şikayəti geri götürülməyib. Apellyasiya məhkəməsi necə qərar verib, özüm də təəccüblənirəm. Mənə dəyən zərərdən, 5 min AZN-dən heç 10 manat ödənilməyib. Sanki heç nə olmamış kimi qərar verilib. Mən yenidən hüquq çərçivəsində addım atacam. Araşdıracam. Öz hüquqlarımı tələb edəcəm. Mənim təzminatımı ödəsin. Güzgüm, kassa aparatım, salonda istifadə olunan vəsaitlər qırıq-qırıqdır. Özü də videolar çəkib. Elə bizim salondan 3-4 şikayətçi var. Şikayətləri geri götürməmişik”.

Qeyd edək ki, sözügedən şəxs bir müddət əvvəl N. İbrahimavnın salonunda 2400 manatlıq güzgünü, 2600 manata olan saç aparatını, hər biri 350 manata olan güldanları sındırıb, min manatlıq gülü qırmışdı. O, külli miqdarda narkotik dövriyyəsi və xuliqanlıqda təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin K. Tağıyev bu gün məhkəmənin qərarı ilə azadlığa buraxılıb.