Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini olan Quteyis Ağayeva adlı xanım üzə çıxıb.
OLAY yazır ki, o, aparıcı Azər Zahidin TikTok-da yayımlanan layihəsində qonaq olub. Sözügedən sosial şəbəkə platformasında “Djlui” kimi tanınan Quteyis 2 ildir ayrıldığı keçmiş həyat yoldaşı ilə barışmaq istədiyini söyləyib:
“Barışmaq istəyirəm. Çünki mən Azərbaycana ona görə köçmüşəm. İndi Bakıda təkəmsə, ona görədir. Həm sevirəm, həm də nifrət edirəm. Altı yaşında qız övladımız var. Onunla bir yerə gedəndə ata ilə qız uşağı görür, pis olur. Övladımın elə kədərlənməsi məni öldürüb-dirildir”.
OLAY A. Ağayevlə məsələ ilə bağlı ətraflı məlumat almaq üçün əlaqə saxlayıb. Sənətçinin telefonuna cavab verən köməkçisi onun hazırda Türkiyədə olduğunu bildirib. O, deyib ki, Ağayevin ailə məsələsi haqda danışa bilməz.
Həmçinin Quteyisin müğənninin hansı övladı ilə evli olub-ayrıldığı da məlum deyil.
Qeyd edək ki, A. Ağayevin 4 oğlu, 1 qızı var.