Video
Video

Bakıda səhnəyə çıxan əcnəbi ulduzlar

Bakıda səhnəyə çıxan əcnəbi ulduzlar

Ötən gün Azərbaycana əcnəbi məşhurların axını baş tutub.

OLAY yazır ki, dünən gecə paytaxtın dənizkənarı məkanlarında Türkiyənin iki pop ulduzu İrem Derici, Mustafa Sandal və Rusiyanın məşhur sənətçisi Zivert səhnə alıb.

Zivert gecədə obrazı ilə diqqət çəkib, həmçinin müğənni dayanmadan həm rəqs edib, həm də canlı ifaları ilə tamaşaçılarını sevindirib.

Kürək dekolteli qara libası ilə səhnəyə çıxan İrem isə rahat və sadə halları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun insanlara yaxın təmas qurması və əylənməsi gözdən yayınmayıb.

Mustafa Sandal isə illərdir hit olmuş mahnılarını sevənləri üçün səsləndirib.

OLAY səhnəyə çıxan ulduzların görüntülərini təqdim edir: