Xalq artisti Miri Yusif özünə Türkiyədə ad günü edib.
OLAY yazır ki, o, ailəsi ilə birgə doğum günü məclisindən görüntülərini instaqramda paylaşaraq bu sözləri yazıb:
“44 rəqəmi daim möhtəşəm qələbəmizin rəmzi olaraq ağlımızda qalacaq. Məhz bu səbəbdən yeni yaşımın 44 olmasının mənim üçün əlavə mənəvi dəyəri var. Eyni zamanda ailəmizin sonbeşiyi oğlum Mircahidin də 4 yaşı tamam olur. Özümə, sizə bütün dəyər verdiyimiz insanlara qələbə, mehribanlıq dolu yaşlar arzu edirəm”.