Video
Video

Nazilə 15 günlük həbs olunub? - Açıqlama

Nazilə 15 günlük həbs olunub? - Açıqlama

Şairə Nazilə Səfərlinin 15 günlük həbs olunması ilə bağlı xəbərlər yayılıb. İddialara görə, N. Səfərli Kəlbəcərə qanunsuz səfər etdiyi üçün azadlıqdan məhrum edilib. 

OLAY yazır ki, Daxili İşlər Nazirliyi açıqlama yayaraq sözügedən xəbərləri yalanlayıb:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir.  N. Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib”.

N. Səfərlinin özü də status yazaraq həmin xəbərlərə münasibət bildirib:

“Həm özümün, həm də maşınımın portalda icazəsi var. Kəlbəcərə qanunsuz keçmək mümkün deyil, 4 postdan keçmişəm. Qanunsuz getmişəmsə, niyə buraxıblar? Qanunsuzluq edən saxta xəbər yayanlardı. Hərə öz işi ilə məşğul olsun”.