Rusiyanın Xalq artisti Valeriya NTV kanalında yeni verilişin çəkilişi zamanı səhnəyə yıxılıb.
OLAY yazır ki, 54 yaşlı sənətçi hadisənin videosunu instaqram səhifəsində yerləşdirib.
“Bu gün xidmətdə ayağı sürüşüb yıxılan Patriarx Kirilllə həmrəylik nümayiş etdirmək qərarına gəldim. Amma ciddi deyim ki, bu mənim başıma ilk dəfədir gəlir, heç vaxt səhnəyə düşməmişəm. Yeni televiziya proqramı çəkirdilər. Yıxıldım. Dizlərimi incitdim.Gələn dəfə daha diqqətli olacam”,- deyə müğənni bildirib.