Video
Video

Nadirin şousu ekrandan belə görünəcək

Nadirin şousu ekrandan belə görünəcək

Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli ikinci məşqini edib.  

OLAY yazır ki, sənətçi səhnədə “Flade to Black” mahnısını canlı olaraq ifa edib. 

Bundan əlavə, Nadirin performansının ekran görüntüsü müsabiqənin yutub hesabında təqdim olunub.

Qeyd edək ki, Nadirin tamaşası nərdivan üzərində cərəyan edir. Səhnədə onu rəqqas müşayiət edir. Rəqqası Nadirin kölgəsi kimi təsəvvür etmək olar.

O, müğənninin hərəkətlərini təqlid edir. Tamaşanın sonuna yaxın pilləkən ikiyə ayrılır və Nadirlə rəqqası üz-üzə görürük. LED ekranda mavi ildırım təsvirlərindən istifadə olunur.