Türkiyəli müğənni Murat Dalkılıç müsahibəsi zamanı etdiyi hərəkətlə gündəmdədir.
OLAY yazır ki, tədbirlərin birində 8 aydır sevgili olduğu, aktrisa Sitare Akbaşla birlikdə sualları cavablandıran ifaçı pis vəziyyətə düşüb.
Evliliklə bağlı sualı eşidən müğənni oradan uzaqlaşıb. Həmin an isə Sitarenin üzündəki mimika diqqət çəkib.
Qeyd edək ki, Murat keçmiş sevgilisi Hande Erçellə bağlı evlilik suallarına “Çox istəyirik” cavabını verirdi.